Biləsuvarda xüsusi əməliyyat: GÖRÜN NƏ DAŞIYIRMIŞ

# 13:24
25 mart 2022

Biləsuvarda tutulan narkokuryerin çantasında 16 kiloqram narkotik vasitə aşkarlanıb.

 APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Şahin Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib. 

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Biləsuvar

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR