Bill Geytsdən mobil telefonlarla bağlı İNQİLABİ PROQNOZ
Mobil telefonlar elektron döymələrlə əvəz oluna bilər. Bu proqnozu "Microsoft" şirkətinin qurucusu Bill Geyts verib.
Yeni inqilabi ixtira haqqında danışan milyarder qeyd edib ki, dəri üzərinə vurulan elektron tatular tibbi məlumatları toplayıb idarə edə biləcək.
Hazırlanmaqda olan bu cihaz yeni texnoloji fenomen olacaq və əlavə heç bir vasitədən istifadə etmədən qan təzyiqini, ürək döyüntüsünü, qanda oksigen dərəcəsini ölçəcək, həmçinin mobil telefonların funksiyalarına malik olacaq.
Bill Geytsin sözlərinə görə, adi tatudan fərqli olaraq, burada çernildən əlavə, çiplərdən və elektrik istehsal edən nanotexnologiyalardan istifadə olunacaq.
Həmçinin bu döymələr insan təhlükədə olduğu zaman həkimə yardım siqnalları göndərə biləcək.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib