Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxub
Türkiyə Cümhuriyyətinin sonuncu Baş naziri Binəli Yıldırım və həyat yoldaşı Səmihə Yıldırım koronavirusa yoluxub.
APA TV-nin yerli mətbuata istinadən xəbər verir ki, bir müddət öncə anadan olduğu Erzincan vilayətinə gedən Yıldırım və xanımı Ankaraya qayıtdıqdan sonra özlərini pis hiss edib.
Dərhal xəstəxanaya müraciət edən sabiq Baş nazir və xanımının verdiyi COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
64 yaşlı Yıldırım və Səmihə xanım həkim nəzarətinə götürülüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi