Bir ailənin üç üzvü göbələkdən zəhərləndi
Zaqatalada bir ailənin üç üzvü göbələkdən zəhərlənib.
APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakinləri, bir ailənin üzvüləri 1968-ci il təvəllüdlü Mahir Hudul oğlu Kələşov, onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Leyla Vəli qızı Kələşova və övladları 2008-ci il təvəllüdlü Məhəmməd Mahir oğlu Kələşov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinə və araşdırma zamanı ailə üzvülərinin göbələkdən zəhərləndiyi məlum olub. Kələşovlar ailəsinin üzvülərinə Zaqatala RMX-da lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib.
Kələşovlar ailəsi tam müayinə edilmək üçün Bakıya Respublika Toksikalogiya Mərkəzinə göndərilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi