Bir görüşdən möcüzə gözləmək olmaz, bu, başlanğıcdır - Çavuşoğlu
Belə müharibələrin qalibi yoxdur.
APA TV xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, həm Rusiya, həm də Ukrayna görüşdə Türkiyə tərəfinin iştirakını istəyib.
XİN başçısı atəşkəsə ehtiyac olduğunu, humanitar dəhlizlərin açıq saxlanılmasının vacibliyini vurğulayıb.
“Görüşdə Mariupolda humanitar dəhlizin açılmasını müzakirə etdik. Bir görüşdən möcüzə gözlənilməməlidir, bu, başlanğıcdır. Ukrayna tərəfi Zelenskinin görüşə hazır olduğunu bəyan etdi”, - deyə Çavuşoğlu bildirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu