Bank Of Baku

Bir gündə koronavirusa yoluxanların sayı 4 mini keçdi - STATİSTİKA

# 18:02
28 noyabr 2020

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.

 

ölkədə son sutka ərzində 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR