Bir qrup fotoqraf ermənilər tərəfindən dağıdılan şəhər və kəndlərin fotolarını çəkib
“Vətən müharibəsi Avropalı fotoqrafların gözü ilə” adlı layihə çərçivəsində bir qrup fotoqraf 24-28 yanvar tarixlərində işğaldan azad olunmuş ərazilərə səfər edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gənclər fondu tərəfindən maliyyələşən layihə zamanı fotoqraflar Şuşa, Ağdam, Tərtər və Gəncədə olublar. İştirakçılar olduqları ərazilərdə dağıdılan şəhər və kəndlərin fotolarını çəkib. Bu gün isə onlar Gəncədə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən atılan ballistik raket nəticəsində dağıdılan əraziyə baş çəkib. Onların xatirələrini yad dərək, əraziyə gül dəstələri düzüb.
Qeyd edək ki, çəkilən fotolar sabah Gəncə sərgilənəcək. Layihənin sonunda isə “Birgə yaşayış və konfliktlərin idarə olunması” mövzusunda seminar keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)