Bir yumruğu ilə iş yoldaşını öldürdü - TƏFƏRRÜATLAR

# 17:03
9 iyun 2022

Masallıda qətl hadisəsi baş verib. 20 yaşlı oğlan iş yoldaşını yumruqla öldürüb.

APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə dünən günorta saatlarında şəhər ərazisində yerləşən şirkətlərdən birinin ərzaq anbarında qeydə alınıb. Fəhlə kimi çalışdıqları ərzaq anbarında 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov ilə rayonun Tatyanoba kənd sakini, 1992-ci il təvəllüdlü Qadir Həsənbala oğlu Hüseynov arasında mübahisə baş verib. Nəticədə iş yoldaşı Qadir Hüseynovun üz nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib. Yaxınlıqda olan iş yoldaşlarının köməyi ilə xəstəxanaya çatdırılan 30 yaşlı fəhlə həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Qətlə yetirən Qadir Hüseynov 1 ildir ki, topdansatış müəssisəsidə fəhlə kimi çalışırmış. Bir qız atası olan mərhum evin tək övladı olub. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Masallı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR