Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı

# 19:31
28 may 2022

Bakı Dövlət Universitetində Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bağlanış mərasimi  keçirilib.

 

APA TV xəbər verir ki, bağlanış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, yarandığı gündən indiyə kimi bir çox tarixi hadisələrə şahidlik edən universitetdə Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının keçirilməsi  həmin tarixi günlərin sırasında xüsusi yer tutur.

 

Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, bu gün bu möhtəşəm festivalla eyni vaxtda ilk dəfə olaraq “Texnofest Azərbaycan” da keçirilir. Bu möhtəşəm elm, texnika festivalı da qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsidir.

 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da çıxışında Azərbaycan və Türkiyənin həm silahının, həm sözünün güclü olduğunu qeyd edib, bütün dünyaya barış, sülh arzulayıb.

 

Qeyd edək ki, mayın 26-dan 28-dək keçirilən festivala türk dövlətlərinin tanınmış alimləri, qələm adamları qatılıblar. Festivalda nəşriyyatların çap etdikləri kitablar sərgilənib. Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri də keçirilib.

 

Festivalın təntənəli mükafatlandırma mərasimində Millət vəkili Qənirə  Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və  digərləri ali mükafatlarla təltif olunublar. Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı gələn il Türkiyədə təşkil ediləcək.

 

AYTƏN SAKİTQIZI

ZİYA ALLAHYAROV

APA TV

 

 

 

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR