Bişkekdəki "Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub
Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub. APA TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər. Mədəni proqramda Qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olundu. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim etdilər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış oldular. Burada Qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edildi. Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxdılar. Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirildi.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu