Biz Qarabağı yox, Qəndili dəstəkləməli idik?
Bunu ATA İttifaqından Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağ, Zəngəzur dəhlizini görməzdən gələnlərin yanında ola bilməzdi:
“Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti çox böyükdür. Amma Cümhuriyyət Xalq Partiyası (CHP) bunu görməzdən gəlir. İnanmaq mümkün deyil”.
S.Oğan vurğulayıb ki, Millət İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun ikinci tura keçməsinin əsas səbəbi məhz ATA İttifaqı olub: “Əks halda Cümhur İttifaqı, Prezident Rəcəb Tayyib Ərdoğan çoxdan qalib gəlmişdi”.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib