"Bizi bir-birimizin belində daşıyırlar, elə bil odunuq"

# 18:12
26 aprel 2022

Bərdə sakinləri ictimai nəqliyyatın qıtlığından şikayətçidir.

 

Sakinlərin APA TV-nin  Qarabağ bürosuna verdiyi məlumata görə, şəhər içi avtobusların azlığı onların həyatını zindana çevirib. Müsahiblərimiz deyir ki, qış olanda bir-birimizin istisinə qızınarıq deyib təmirsiz avtobuslarda birtəhər mehribanlaşa bilirdik, elə ki, yaz gəldi artıq mehribanlıq da dözülməz olub. Sakinlər bildirir ki, elə ki, günorta və axşam saatları oldu şəhər içi marşrutdan istifadə eləmək bir az da çətinləşir.   

 

Sərnişinlərin digər şikayətləri də marşrut xəttinə çıxan nəqliyyat vasitələrinin texniki nasazlığıdır. Sahibinin gözündə “Sarı çiçək” sərnişinlərin gözündə isə “Sarı nimdaş” olan bu mikroavtobus kimi bir neçə nəqliyyat vasitəsinin sürücüsü ilə danışmağa çalışsaq da

suallarımıza cavab verəcək bircə nəfər belə tapa bilmədik.

 

Məsələyə aydınlıq gətirmək üçün Bərdə rayon Avtovağzalına yollandıq. Soruşduq ki, niyə marşrut xəttinə buraxılan avtobusların sayı çoxaldılmır? Niyə hələ də sərnişinlər avtobuslarda odun-oduncaq kimi qalaq-qalaq daşınır?

 

Avtovağzal nümayəndəsi onu da qeyd etdi ki, qaydaları pozan, avtobusa həddən artıq sərnişin yığmaq üçün oturacaqların sayını artıran sürücülər dərhal marşrut xəttindən çıxarılacaq və onlarla bağlanmış müqavilələr ləğv olunacaq.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APATV,  Bərdə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR