Biznesmenlərin sirrini siz də öyrənə bilərsiniz
Dünən Motivator layihəsinin 4 illiyi qeyd edilib. Tədbirdə biznesmenlər, idmançılar, televiziya simaları və media nümayəndələri iştirak edib. Tədbir Bakının ən dəbdəbəli restoranlardan birində - “Esnaf Baku”da baş tutub.
, təsisçi RÜFƏT HƏSƏNOV çıxış edərək layihənin ötən il ərzində ciddi uğur qazandığını qeyd edib.Tədbirin Baş sponsoru “Maricel Astara” şirkətinin sahibi Samir Alizadə “Maricel” hoteli haqqında məlumat verib.
Yubiley tədbirində özəl qonaqlar üçün kampaniyalar təşkil edilib. Özəl gecədə bir çox tanımış idmançılar RAFAEL AĞAYEV, Eduard Məmmədov, Şükran Soltanov, Rafiq Hüseynov, Fərhad Acalov və başqaları iştirak edib. Bundan başqa tədbirdə biznesmen, “Sat gruop”un təsisçisi AZAD QƏHRƏMANOV “MİLLİONAİRE CONCEPT”İN TƏSİSÇİSİ Aqil Mamiyev, Sakit Səmədov və başqa biznesmenlər iştirak ediblər. Qeyd edək ki,"Motivator Azerbaijan" 2018-ci ildən bəri fəaliyyət göstərən ilk qlobal motivasiya layihəsidir. Layihənin məqsədi müxtəlif sahələrdə uğur qazanmış şəxslərin iş prinsiplərini, uğurlarının sirlərini izləyicilərə çox asan və anlaşılan dildə çatdırmaqdır. Siz də bu layihə ilə tanışlıqla biznesmenlərin uğurlarının sirlərini öyrənə bilərsiniz.
Tədbirin sonunda yubiley tortu kəsilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub