Blef deyil, təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik - Putin
Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu blef deyil.
APA TV xəbər verir ki, bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.
“Rusiya “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək”, - deyən Putin referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şey edəcəklərini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı