BMT ilə Ombudsman arasında yeni sənəd imzalandı
BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva qeyd edib ki, memorandumun əsas məqsədi insan hüquqları, qanunun aliliyi, gender bərabərliyi, insan hüquqları üzrə maarifləndirmənin təşviq edilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, memoranduma əsasən, bu sahələr üzrə əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulub.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva qeyd edib ki, bu il iki yubileyi qeyd edirik. Həm Ombudsmanın 20 illiyi, həm də BMT ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın 30 illiyidir. Sonda Səbinə Əliyeva və Vladanka Andreeva Anlaşma memorandumu imzalayıblar.
Semral Cavad
Kamran Namazov
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib