"BMW" ağaca çırpıldı, üç nəfər yaralandı - İSMAYILLIDA
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində İsmayıllı sakini, 1985-ci il təvəllüdlü Elşən Əsədov, Balakən sakini, 1995-ci il təvəllüdlü Toğrul Atayev və 1989-cu il təvəllüdlü Hüseyn Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi