BNA və DYP sürücülərə xəbərdarlıq etdi – GÜCLÜ KÜLƏYƏ GÖRƏ

# 11:14
6 aprel 2021

Bakı Nəqliyyat Agentliyi hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

 

BNA-dan APA TV-yə verilən məlumata görə, sərnişinlər dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalıdırlar.

 

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. 

 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçmələrini tövsiyə edir.

 

Eləcə də, nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR