Borca telefon satdı, sonra da gedib öldürdü

# 15:39
3 dekabr 2022

İmişli sakini borca görə qətlə yetirilib.

Hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü  Xəyal Zaman oğlu Surxayev şəxsi münasibətlər zəminində həmyerlisi 1994-ci il təvəllüdlü İlkin İlqar oğlu Hüseynovu bıçaqla qətlə yetirib.

Məlumata görə, qətli törədən Xəyal Surxayev qətlə yetirilən İlkin Hüseynova telefon satıb. İlkinin Xəyala borcu qalıb. Bir müddət sonra Xəyal ona zəng edərək borcunun qalanını istəyib. Ancaq aralarında qarşılıqlı söyüş, təhqir yaşanıb. Məsələni üz-üzə həll etmək istəyən həmyerlilərin mübahisəsi sonda qətllə nəticələnib.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Surxayev saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR