Borcunun əvəzinə oğurladığı mal-qaranı verdi
Lənkəranda borcunun əvəzinə oğurladığı mal-qaranı verən şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun Xanbulan kəndi ərazisindəki həyətlərdən birindəki tövlədən 2 baş iribuynuzlu heyvanın oğurlandığı barədə polisə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvvəllər məhkum olunmuş, Əmrah Məmmədli saxlanılıb. Araşdırmalarla onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindən iribuynuzlu heyvanı oğurladığı məlum olub. Əmrah Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə həmin pulun müqabilində verdiyi müəyyən edilib.
Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb. Faktla bağlı polis şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu