“Böyük bacı”dan ermənilərə məsləhət: Oturun, danışın

# 18:44
13 yanvar 2023

“Fransa Qarabağın regionda hansı statusa malik ola biləcəyinə qərar verməməlidir”.

Bunu yanvarın 13-də İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive deyib. O, vəziyyətin sülh yolu ilə nizamlanması üçün Parisin vasitəçiliyinə üstünlük verilməli olduğunu əlavə edib.

“Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. Məsələ beynəlxalq hüquq çərçivəsində həll  edilməlidir” deyə, Fransa nümayəndəsi bildirib.

Yael Bron çıxışında separatçıları dialoqa çağırıb və bildirib ki, bundan imtina etmək olmaz.

O, Azərbaycana hər hansı sanksiyanın tətbiqi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu mümkün deyil.

 “Ən başlıcası, dialoqun bərpası və sülh yolu ilə həlldir, bütün səylərimiz buna yönəlib. Bu gün biz hesab edirik ki, mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə, bununla bağlı hər şeyi sınamamışıqsa, başqa tədbirləri tətbiq etmək yersizdir. Enerjimiz 100 faiz bu istiqamətdə yönəlib”, - deyə Yael Bron-Pive bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR