Böyük Britaniya səfiri “Evrika”da - APA TV
“Evrika” liseyində 23 aprel Dünya kitab günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld da iştirak edib.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra şagirdlər Amerika və Britaniya ədəbiyyatından olan müxtəlif məşhur personajların iştirakı ilə çıxışlar edib.
Qeyd edək ki, “Evrika” liseyində 800-dən çox şagird təhsil alır. Beynəlxalq Cambridge Məktəbi olan “Evrika” liseyində artıq Azərbaycan, Türk, Rus və İngilis bölmələri üzrə qeydiyyat başlayıb.
Eyni zamanda, Azərbaycanda ilk rəsmi montessori məktəbi olan “Evrika” liseyinin məktəbəqədər bölmələrində qeydiyyat davam edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu