Böyük şəhərlərin dərdinə dəva – nə tıxacı var, nə qəzası
Bu il may ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 702 756 sərnişini təhlükəsiz daşıyıb, bunun da 675 915 nəfəri Abşeron dairəvi dəmir yolunun payına düşüb. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin may ayında Abşeron dairəvi yolu ilə 12,7% çox sərnişin daşınıb. Digər maraqlı fakt odur ki, bu il ADY Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Abşeron dairəvi yolu ilə 42 649 sərnişin daşıyıb, bu da illik müqayisədə 12% artım deməkdir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu