Boyunbağını oğurlayıb satdı

# 14:50
16 iyun 2022

İsmayıllıda qızıl mağazasında soyğunçuluq edən şəxs saxlanılıb.

 

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən ona məxsus qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gələn tanımadığı bir nəfərin soyğunçuluq yolu ilə 2100 manat dəyərində olan qızıl boyunbağını ələ keçirdiyini bildirib.

 

VAHİD CƏFƏROV MAĞAZA SAHİBİ

 

APA TV-nin yerli bürosunun xəbərinə görə polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluq və dələduzluq əməllərinə görə məhkum olunmuş Elbəy İmanov Bakı şəhərində saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Elbəy İmanov boyunbağını paytaxtda satdığını, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyini bildirib.

 

ELBƏY İMANOV SAXLANILAN ŞƏXS

DƏYANƏT AĞASƏFLİ MÜSTƏNTİQ

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Şahnəzər Bəşirov, APA TV, İsmayıllı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR