Britaniya bu zirehli texnikaları Ukraynaya göndərir
Britaniya Ukraynaya “Mastiff” və ya “Çakal” zirehli texnikaları göndərməyi planlaşdırır.
APA TV xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
“Böyük Britaniya yaxın günlərdə tank əleyhinə və zenit raketləri də daxil olmaqla, Ukraynaya əlavə dəstəyi açıqlayacaq”, - deyə nəşr bildirib.
Bundan başqa, Britaniya hərbçilərinin təlim üçün Ukrayna ilə qonşu ölkələrə göndəriləcəyi də qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib