Britaniya kəşfiyyatı Rusiyanın müharibə ilə bağlı planlarını açıqladı
Rusiya qüvvələri Ukrayna ərazisinin yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün mübarizə aparır.
APA TV-nin xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumatında bildirilib ki, Rusiya qüvvələri Ukraynanın yol şəbəkəsinin törətdiyi çətinliklərlə əlaqədar hərəkətsiz qalıb və qüvvələr manevr etməklə bağlı istəksizlik nümayiş etdirir. "Ukrayna qüvvələri tərəfindən körpülərin dağıdılması da Rusiyanın irəliləyişinin dayandırılmasında mühüm rol oynayıb.
"Rusiyanın havaya nəzarəti ələ keçirmək istiqamətində davam edən uğursuzluğu onların hava manevrindən səmərəli istifadə etmək qabiliyyətini və seçimlərini daha da məhdudlaşdırıb.
Ukrayna Silahlı Qüvvələrinin taktikası Rusiyanın manevr edə bilməməyindən məharətlə istifadə edərək, Rusiyanın irəliləməsinin qarşısını alır və işğalçı qüvvələr ağır itkilər verir", - deyə məlumatda bildirilib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)