Britaniya Kəşfiyyatından ÖNƏMLİ AÇIQLAMA
Rusiya Ukraynanın şərqindəki səylərinə yenidən fokuslanmağa davam etdiyi üçün orada döyüşlər qarşıdakı iki və ya üç həftə ərzində intensivləşəcək.
APA TV-nin xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiya hücumları Donetsk və Luqansk yaxınlığındakı Ukrayna mövqelərinə fokuslanmış olaraq qalır.
Vurğulanıb ki, Xerson və Nikolayev uğrunda döyüşlər davam edir, Kramatorks istiqamətində isə rusların hücumu yenilənib.
Əlavə olunub ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatları dəstəkləmək məqsədi ilə Belarusdan çəkilməyə davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib