Britaniyalı nazir yunanıstanlı həmkarını müğənni ilə səhv saldı
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Yunanıstanın xarici işlər naziri Nikos Dendiası yerli müğənni ilə səhv salıb.
“Böyük Britaniya və Yunanıstan Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyir və onun beynəlxalq aləmdən təcrid olunmasını dəstəkləyir. Mən Nikos Vertisə (yunanıstanlı müğənni – red.) Ukraynada bir neçə Yunanıstan vətəndaşının ölümü ilə bağlı başsağlığı verdim”, - deyə Trass “Facebook” səhifəsində yazıb.
Daha sonra siyasətçi yazıdakı səhvi düzəldib, lakin yunan jurnalist Konstantinos Lianos paylaşımın orijinal versiyasını saxlaya bilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi