Britaniyanın müdafiə naziri: “Türkiyənin narahatlıqlarını mütləq dinləyəcəyik”
“İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmağın yolu var”.
APA “Reuters“ istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Vallas parlamentdə çıxışında deyib.
“Hesab edirəm bunun üçün yol var. Düşünürəm ki, biz sonunda oraya çatacağıq. Bu prosesdə bütün üzvləri və onların narahatlıqlarını dinləməyimiz çox vacibdir və biz Türkiyəni mütləq dinləyəcəyik”, - Britaniyanın müdafiə naziri bildirib.
O əlavə edib ki, türkiyəli həmkarı Hulusi Akarla danışacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?