“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
Qərara əsasən, Əbülfəz Məlikov ev dustaqlığına buraxılıb.
Məhkəmədən APA-ya məlumatı təsdiq ediblər.
Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib