Brüssel görüşünün pərdəarxası: Paşinyan necə mat qaldı?

# 20:40
15 may 2023

 

Mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli danışıqlar baş tutdu. Bu həm də ötən ilin avqusutundan sonra keçirilməyən Brüssel formatının bərpası deməkdir. Qeyd edək ki, bu formatda təşkil edilən görüşlərdə əsas istiqamətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, o cüm¬lədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi və digər humanitar məsələləri əhatə edir. Şarl Mişelin görüşdə sonrakı bəyanatında yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə vurğu etməsi, Bakının bu qrup insanla açıq dialoqundan danışması göstərir ki, artıq Qarabağdakı erməni əhali nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan vətəndaşları sayılır. Buna uyğun olaraq da heç bir statusdan, hətta beynəlxalq mexanizm¬lərdən belə söhbət gedə bilməz. Mişel bəyan etdi ki, kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Çıxışdan görünür ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa İttifaqı tərəfindən də dəstəklənmiş oldu. Politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan bu görüşdə məqsədinə çatdı və ilk dəfə olaraq Ermənistan Azərbaycanın 86.6 min kv km ərazisinin danışıqlar çərçivəsində tanıdı. O əlavə edib ki, Ermənistan hökuməti Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması görüşün əsas məğzidir. Politoloqun fikrincə, Şarl Mişelin Laçındakı sərhəd-keçid məntəqəsindən danışma¬ması da onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın prinsipial məsələlərlə bağlı istək¬lərini qəbul edir. Zaur Məmmədov Qərbin bu mövqeyini Xankəndidəki separatçılara və erməni lobbisinə vurulan zərbə kimi qiymətləndirir və düşünür ki, bütövlükdə keçirilən görüş Azərbaycanın növbəti diplomatik qələbəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR