Bu ərazilərə qar yağacaq – PROQNOZ AÇIQLANDI

# 14:00
12 dekabr 2022

Dekabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-6, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR