Bu gün Füzuliyə yola salınan 23 ailə doğma şəhərlərinə çatıb
Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 89 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb. Bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq. Evlərin açarları sakinlərə təqdim olunub. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib