Bu gün od çərşənbəsidir

# 18:40
1 mart 2022

Xaçmazda hər il od çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunur.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, rayonda hər od çərşənbəsində elimizin böyük tonqal qalanır. Sakinlər ətrafına toplanır, qədim adət-ənənələri və mərasimləri nümayiş etdirirlər. Sac üstündə yuxa bişirilir, buğda təmizlənir, qovurğa qovurulur və hazırlanan təamlardan çərşənbəni qeyd edən hər kəs dadır.

 

 

Adətən belə şənliklərdə xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayırlar.

 

 

Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək, zarafatlaşır.  Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə yeniyetmələr güləşir, qol gücü sınayıb, “Ənzəli” oynayırlar. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əylənirlər.

 

Qeyd edək ki, Azərbaycanda martın 15-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

 

 

 

Vəli Turan, Mais Allahverdiyev, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR