Bu gün türk və azərbaycanlı tarixçilər Ağdama səfər edib

# 15:29
17 sentyabr 2021

Bu gün türk və azərbaycanlı tarixçilər Ağdama səfər edib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, nümayəndə heyətində Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən gələn 13 nəfər tarixçi iştirak edib. Tarixçilər Ağdam şəhərində erməni vandallığına məruz qalmış tarixi abidələrə baxış keçirir.

 

Nümayəndə heyəti Pənahəli xanın imarət kompleksində olub, dünyada olan 2 çörək muzeyindən biri, Ağdam Çörək muzeyi, Ağdam Dram Teatrının qalıqları və Ağdam Cümə məscidinin dağıntılarına baxış keçiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti İsa Həbibbəyli bildirib ki, ermənilərin qazıb yığıb aparmaq  istədiyi maddi sübutlar akademiyaya gətirilib: “Bizim nümayəndə heyəti müharibə qurtaran ilk günlərdə bura gəldi. 90 qutu azıx mağarasından ermənilərin qazıb yığıb aparmaq  istədiyi maddi sübutları akademiyaya gətirdi. Sonradan aydın olub ki, bizim ordumuz azıx mağarasına yaxın olan kəndlərdə ermənilərin topladığı yeşikləri yenə görüblər. Bizə məlumat verilən kimi bizim arxeologiya institutunun və akademiyanın rəhbərliyi bu istiqamətdə addım atdı və nə varsa  akademiyaya gətirildi.”

 

Türkiyəli professor Muhammed Hekimoğlu Ağdamda erməni vəhşiliyinin şahidi olduğunu bildirib: “Görünür burda qalmayacaqlarını bildikləri üçün buraları tamamilə dağıdıblar. Buranı yerlə yeksan ediblər. Onlar buraya yerləşməyiblər, burada daş üstündə daş qoymayıblar.”

 

Sonda səfər iştirakçıları Ağdamın baş planı ilə tanış olublar.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR