Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.
APA TV-nin məlumatına görə, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
"Sputnik V" vaksini vurdurmaq istəyən vətəndaşlar Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.
Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” vaksininin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb və peyvəndin ilk partiyası ölkəyə gətirilib.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib