Bu gündən qüvvəyə minən qadağa kimlərə şamil olunur?
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci ildən balıq ovuna moratorium qüvvəyə minir.
APA TV xəbər verir ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan qadağa sentyabrın 1-dək davam edəcək.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirəcək. Aidiyyəti qurumlar balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərə qaydalara əməl etməyi tövsiyə edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu