Bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək
“Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir.
Bu barədə Nazirlər Kabinetindən APA TV-nin sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, fevralın 2-nə olan məlumata əsasən ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.
Məlumata görə, birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq: “Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.
Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək. Daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq”.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri