Bu hərəkətinə görə sürücülük hüquq əlindən alındı
Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon sakini Fərhad Abdullayev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib