Bu il "Azəriqaz"ın 2000-dən çox əməkdaşı cəzalandırılıb
"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-iyun aylarında Azərbaycanda 281 km uzunluğunda yeni qaz xətləri çəkib.
APA TV xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Həmçinin o qeyd edib ki, 2022-ci ilin yanvar və iyun aylarında 1159 nəfərə töhmət 2141 nəfərə intizam tənbehi verilib.
Ruslan Əliyev həmçinin qeyd edib ki, yanvar - iyun aylarında 4 milyard 509 milyon kub metr təbii qaz qəbul olunmuşdur, onun 1 milyard 237 milyon kub metri sənaye xətləri üzrə, 3 milyard 272 milyon kub metri əhali xətləri üzrədir.
2022-ci ildə regionlarda 44 şəhər və rayonu, Bakı şəhərində 3 rayonu əhatə etməklə 115 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bunlardan 94 kənd və massivdə işlərə başlanılıb.
Sonda Ruslan Əliyev media nümayəndələrinin suallarını cavablandırıb.
Aysel Əliyeva,
Ceyhun Mustafayev,
APA TV
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)