Bu insanlar ilin hər günü toz və palçıqla əlləşirlər

# 14:37
4 sentyabr 2023

Ucar rayonunun bir neçə küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Rayonun M.Ə. Sabir və Hüseyn Cavid küçəsinin sakinləri ilin bütün fəsillərində yolla bağlı böyük çətinliklər yaşayırlar. Vətəndaşlar yayda toz-torpaqla, payız-qış aylarında palçıqla əlləşməkdən bezar olublar.

Yolun bərbad vəziyyətdə olması tək piyadalara yox, sürücülərə də problem yaradır. Çünki yolda həm vaxtları, həm də yanacaqları işıq sürəti ilə xərclənir, avtomobillərin ehtiyat hissələri isə çox tez-tez sıradan çıxır.

Məsələyə şifahi olaraq münasibət bildirən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Abdulla İbrahimov adı çəkilən ərazilərdəki problemdən xəbərdar olduqlarını bildirib: “Bu il 16 küçədə təmir-bərpa işləri aparılacaq.  Adı çəkilən küçələr də bu siyahıya daxildir,-” deyə nümayəndə qeyd edib. 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR