Bu kababı çobanlar kəşf ediblər - Qəbələdən REPORTAJ

# 14:33
12 iyul 2023

Qəbələ Azərbaycanın zəngin və qədim tarixə malik gözəl bölgələrindən biridir. Turistlərin ən çox üz tutduğu Azərbaycan rayonlarından iri olan Qəbələ mətbəxi ilə də insanların maraq dairəsinə düşüb. Qəbələnin dadlı mətbəx nümunələrindən biri də Daşarası kababdır. 200 ildən çox yaşı olan bu xörəyin hazırlanmasına keçməzdən öncə Qəbələ sakini və bu rayona qonaq gələnlərin kabab barədə fikirlərini öyrənmişik. Yerli restoranlardan birinin aşpazı olan İsgəndərov Nazimin dediyinə görə, bu kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu yemək üçün sizə qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcan lazım olacaq. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 30 - 45 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Vaxtaşırı daşı digər üzünə çüvirmək lazımdır. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar. İlham Əhmədov, Taleh İbrahimov, APA TV - QƏBƏLƏ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR