Bu kəndin apteki yox, həkim məntəqəsi qəzalı vəziyyətdə
Masallı rayonunun Rüdəkənar kəndində apteki yoxdur, həkim məntəqəsi qəzalı vəziyyətdədir.
Burda işləyən həkimlər hər gün təhlükə ilə üz-üzə qalırlar.
Rayon mərkəzindən 30 km aralıda yerləşən bu kəndin sakinləri məcbur qalıb, dərman almağa və ya müalicə üçün başqa kəndlərə ya da rayon mərkəzinə üz tutmalı olurlar.
Tibb məntəqəsinin müdiri Təranə Əliyeva bildirir ki, məntəqə bələdiyyə binasında yerləşdiyi üçün Masallı rayon xəstəxanasının balansında deyil.
Qeyd edək ki, Rüdəkənar həkim məntəqəsi 3 nəfərlik tibbi heyət ilə 30 ildən artıqdır ki, fəaliyyət göstərir və 1500 – dən çox əhaliyə xidmət edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu