Bu kəndin sakinləri içməli suya həsrət qalıb

# 15:10
25 oktyabr 2022

Ağsu rayonunun Zarqava kəndində uzun illərdir ki, içməli su yoxdur.

 

Kənd sakinlərinin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, içməli su üçün kilometrlərlə yol getməli olurlar. Sakinlər deyir ki, dağlıq ərazidəki bu nahamar yollarda kimimiz ayaqla, kimimiz at-araba ilə bulaqdan evimizə su daşıyırıq. Sakinlərin dediyinə görə, əvvəllər bu kənddə 3 ədəd su bulağı olub, vətəndaşlar yaxın məsafədəki həmin bulaqlardan evə su aparıblar. Son illər suyu dağlardan gələn bulaq quruyub. Artıq 2 ildir ki, vətəndaşlar tərəfindən bir neçə dəfə məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyəyə müraciət edilib. Lakin, hələ də bir nəticə yoxdur.

 

Məsələ ilə əlaqədar Ağsu rayonu Nuran kənd icra nümayəndəsinin müavini Orxan Kamallı bildirib ki, Zarqava kəndində su problemi bir necə ildir ki, mövcuddur.

 

İndi sakinlərə ümidlə gözləmək qalır. Biz isə sizə səbir diləyirik əziz Zarqava sakinləri.

 

Şahnəzər Bəşirov, APA TV, Ağsu

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR