Bu kətədən Naxçıvandan başqa heç yerdə yoxdur

# 18:00
7 aprel 2023

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Kətə” festivalına start verilib.

İki gün davam edəcək festivalın açılışında naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər.

Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Naxçıvanın iqlim şəraiti burada müxtəlif vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yetişməsinə imkan verir ki, belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.

Festivalda muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunur. Festivalda həmçinin rayonlar adətlərə uyğun olaraq müxtəlif bitkilərdən də yeməklər bişirirlər.

Qəyd edək ki, 26 təsərrüfat subyektinin və 200 fiziki şəxsin iştirak etdiyi festival aprelin 8-də başa çatacaq. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçiləcək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşəcək, onlara diplomlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR