Bu məhsulları almazdan öncə iki dəfə düşünün: Qida əlavələri təhlükəlidirmi?

# 13:55
31 iyul 2023

İnsanın sağlamlığı təbii ki, onun qidalanmasından da asılıdır. Qidalanmada nə qədər düzgün olsa, orqanizm də bir o qədər sağlam olar. Ancaq hazırda istifadə etdiyimiz qidalar arasında geni dəyişdirilmiş, kimyəvi maddələr vurulmuş məhsullar olduğundan bəzən orqanizm üçün lazımi elementləri təmin edək bilmirik ki, bu da sağlamlıq problemlərinə gətirib çıxarır. Belə olan hallarda həmin vitaminləri təmin etmək üçün bioloji aktiv qida məhsullarına üz tuturuq. Ancaq bu məhsullar heç də həmişə faydalı olmur, əks təsirləri də ola bilir. Bəs görəsən apteklərdə reseptsiz satılan bu məhsullara necə nəzarət olunur? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov bildirir ki, bioloji aktiv qida məhsullarının təmsil etdiyi agentlik tərəfindən tədqiqi aparılır. O tövsiyə edir ki, vətəndaşlar bu məhsulları alarkən diqqətli olsunlar, qida təhlükəsizliyi sertifikatını da satıcıdan tələb etsinlər. Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, bioloji aktiv qida məhsulları sağlamlığımız üçün ciddi fəsadlara yol aça bilər. Yalnız mütəxəssislə məsləhətləşdikdən sonra qida əlavələrindən istifadə etmək olar. Bəli, qeyd olunan səbəblərə görə bu məhsulları alarkən diqqətli olmaqda fayda var. Necə deyərlər, qaş düzəldən yerdə vurub göz çıxarmamaq, sağlam qalmaq üçün yüz ölçüb, bir biçmək lazımdır. ORXAN ASLAN APA TV 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR