“Bu ölkələrdə işsizlik problemi var”
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İƏT-in Baş katibinin müavini Ahmed Sengando brifinq keçiriblər. Brifinqdə bu beynəlxalq tədbirin yekunları barədə məlumat verilib. Ahmed Sengando bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında ciddi işsizlik problemi olan ölkələr var, 2022-ci ildə İƏT-ə üzv ölkələr arasında işsizlik göstəricisi ortalama hesabla 6.3 faiz olub. Bu gün keçirilən tədbirdə 16 ölkənin Əmək Mərkəzinin nizamnaməsini izlədiyini deyən Sahil Babayev isə deyib ki, mərkəzin fəaliyyət yönümü çoxşaxəli olacaq. Brifinqdə vurğulanıb ki, konfrans üzv ölkələrin gələcək əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır. ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib