Bu qadınlar birlikdə həm təsərrüfat işlərindən, həm də digər işlərdən gəlir əldə edir
Burda elə nemətlər var ki, onların hazırlanması kəndlinin yerə düşən bircə almasını belə onun qazancına çevirib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Bərdə rayonun Böyük Göyüşlü kəndinə 11 rayonun ən ucqar kəndlərindən gələn bu xanımlar kənddə becərdikləri məhsullardan müxtəlif çeşiddə qidalar hazırlayır.
Bu fermerlərin bəziləri heyvandarlıqda, bəzisi əkinçilikdə bəzisi isə dağlarda bitən gül-çiçəkləri toplayaraq uğur qazanıb. Ancaq hamısını birləşdirən bir cəhət var. Bütün bacarıqlarını və avadanlıqlarını həmkəndliləri ilə bölüşüb, birlikdə özlərinə qazanc mənbəyi olacaq işlər görürlər.
Bərdənin Böyük Göyüşlü kəndinə yaşayan Zümrüd Hüseynovanın kənd təsərrüfatı texnikası yalnız öz tarlasında deyil, kənddə yaşayan digər sakinlərin də təsərrüfatlarının becərilməsində istifadə olunur.
Habil Aslanoğlu
Ziya İsmayılov
Bərdə, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu