Bu qəsəbənin sakinlərinin həyat şəraiti bir neçə əsr əvvəli xatırladır

# 19:33
9 iyun 2022

XXI əsr və “şambo” deyilən quyular. Lap keçmişdə olduğu kimi insanlar həyətlərdə quyu qazıb, çirkab suları ora axıdır. APA TV-nin yerli bürosunun xəbərinə görə, söhbət mərkəzdən elə də uzaq olmayan Corat qəsəbəsinin 2-ci məhəlləsinin Əliağa Vahid küçəsindən gedir. Burada yaşayan sakinlər kanalizasiya xəttinin olmamasından şikayətçidir. Sakinlər məcburiyyətdən çirkli suları həyətlərində qazdıqları quyulara axıtmalı olurlar. Həyətlərdəki quyulara axan, küçələrdə üfunət qoxuyan çirkab sularını sakinlər xüsusi avtomobillərlə çəkdirir, amma bu da problemin həllinə kömək olmur. Yağış yağanda isə burada daha da acınacaqlı vəziyyət yaranır. Əliağa Vahid küçəsinin sakinlərinin problemləri bununla bitmir. Küçənin işıqlandırılmasında da problemlər mövcuddur ki, bu sakinlərə əlavə narahatçılıqlar yaradır. Sakinlərin problemi ilə bağlı Sumqayıt Küçə İşıqları İdarəsi ilə əlaqə saxladıq. Elə biz çəkiliş apardığımız vaxt idarənin işçi briqadası küçənin işıqlandırılmasının təminatı üçün əraziyə gəldi. Sakinlərin kanalizasiya probleminə gəldikdə isə Novxanı Bağlar Sukanal İdarəsindən bildirildi ki, bu istiqamətdə layihə hazırlanır və gələcəkdə həmin küçənin kanalizasiya problemi aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR