Bu qızın həyat hekayəsi və əsərləri hamını heyran qoyur

# 13:02
1 iyun 2022

Novruzova Ayşən Fəxrəddin qızı 9 oktyabr 2002-ci ildə Siyəzəndə anadan olub. Ayşən körpəlikdən ağıllı, sakit, dərin düşüncəyə malik bir uşaq kimi diqqət çəkib. 5 yaşı olanda artıq toxumağa, rəsmə maraq göstərib. İstedadı ilə yaşıdlarından fərqlənən Ayşən təhsilini Siyəzən şəhər 5 nömrəli tam orta məktəbdə alıb.

 

Eşitmə və nitq məhdudiyyətli Ayşənin rəsmləri ilə yanaşı, toxuduqları,  həmçinin muncuqlardan, balıqqulağı və daşlardan hazırladığı maraqlı əl işləri də diqqət çəkir.

 

Ayşən əsərlərini sulu boya ilə işləyir. O, rəsmlərinin ideya və mövzusunu təbiətdən, müşahidə etdiyi həyat hadisələrindən götürür. Bu duyğu və hisslər sonradan rənglərin köməyi ilə vərəqlərə köçürülür.

 

Gözəlliyi dərindən duyub yaşamaq və gördüklərini tablolarda ifadə etmək bacarığı olan Ayşən Novruzova bir çox sərgilərin iştirakçısı, həçminin respublika səviyyəli müsabiqələrin qalibi olub.

İstedadlı yeniyetmənin çəkdiyi rəsm əsəri hətta Misir Ərəb Respublikasında təşkil olunan müsabiqəyə də göndərilib.

 

Ayşənin atası Fəxrəddin Novruzov bildirib ki, qızı deyə bilmədiyi düşüncələrini əsərlərində canlandırmağı bacarır.

 

Ayşənin indi özünə məxsus emalatxansı var. Bu emalatxanada yeni əsərlər yaratmaqla bərabər istedadlı uşaqlara rəssamlğın sirlərini öyrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR