Bank Of Baku

Bu rayona gedən yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

# 14:08
21 iyul 2022

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində, Şamaxı rayonu istiqamətində hərəkət bir zolaq üzrə hissə-hissə məhdudlaşdırılıb.

 

Məhdudlaşma aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən başlayıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR